Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbində 28 may Müstəqillik günü ilə əlaqədar “Mən fəxr edirəm ki Azərbaycanlıyam” adlı tədbir keçirilib-FOTOLAR
Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbində 28 may Müstəqillik günü ilə əlaqədar “Mən fəxr edirəm ki Azərbaycanlıyam” adlı tədbir keçirilib
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynova və şəhid anaları iştirak etmişdir.
Çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söyləmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışımışdır.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynova çıxış edərək, yaradılmasının 104-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə tutduğu mühüm yerdən danışıb.
Tədbir Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbinin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.







