Cəmiyyət 

Azərbaycan və Türkiyə pilotlarının nəfəs kəsən hava şousu – FOTOREPORTAJ

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində aviaşou baş tutub.

Azərbaycan və Türkiyənin pilotları Bakı səmasında qırıcı təyyarələr və helikopterlərlə müxtəlif manevrlər edərək şou göstəriblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ-29” qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim edilib.

“Global Photo Stock”un əməkdaşları aviaşoudan unudulmaz mənzərələri kameranın yaddaşına köçürüb.

Həmin fotoları təqdim edirik:

 

Daha çox xəbərlər