28 May Müstəqillik günü münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti” adlı dəyirmi masa təşkil etmişdir.
Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə şəhər İki nömrəli kitabxana filialında 28 May Müstəqillik gunü ilə əlaqədar olaraq “Azarbaycan Xalq Cümhuriyyəti” adlı tədbir təşkil edilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Nərgiz Cəfərova açaraq, əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi bildirmişdir. Müstəqil Azərbaycanın yaranma tarixi haqqında danışaraq, Möhtərəm prezidentimiz, cənab ali baş komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində, qırx dörd günlük müharibədə qazandığımız zəfərlə əlaqələndirmişdir.Sonra Kutabxananın əməkdaşı Əkbərova Qədirə Müstəqil Respublikamızın, başda M.Ə.Rəsulzadə olmaqla, yaradıcıları haqqında ətraflı məlumat vermişdir. Daha sonra çıxış edənlər, Mərkəzi kitabxananın əməkdaşı Əkbərova Mətanət, Bərdə İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyanın 11-ci sinif şagirdi Əbdülova Günay və digərləri çıxış edərək,müstəqilliyimizin mahiyyətindən bəhs etmişlər. Tədbirinsonunda kitabxananın fəal oxucuları vətənpərvər ruhlu şeirlər və mahnılar ifa etmişlər.







