TÜRKPA komitələri Şuşaya toplaşacaq-Rəsmi
Milli Məclisin iclasında çıxış edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu günlərdə Şuşa şəhərində keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin komitələrinin toplantısından bəhs etdi.
ARANTV.AZ xəbər verir ki, çıxışında, “Gürcüstan nümayəndə heyəti Şuşada qələbə arzularından danışdı. Onlar deyirdi ki, biz də istəyirik torpaqlarımız işğaldan azad edilsin, bu anı görmək istəyirik”,-deyə S.Seyidov bildirdi. Həmçinin bildirdi ki, razılaşmaya əsasən, birgə komitələrin növbəti iclası Gürcüstan paytaxtında keçiriləcək.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə Türkiyədə, TÜRKPA səviyyəsində baş tutan birgə komitə iclaslarından danışdı. O bildirdi ki, TÜRKPA-nın gələnilki komitə iclasının may-iyun aylarında Şuşada keçirilməsi barədə razılıq əldə edilib.

