Hadisə 

Salyanda 30 yaşlı kişinin başını qılıncla yardılar

Salyan sakini başından yaralanıb.

“Report”un məlumatına görə, hadisə Xalac kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Səmədov Əlqayıt Namiq oğlu baş nahiyəsinin kəsilmiş-yarılmış yarası ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının dediyinə görə, o, qohumu tərəfindən qılıncla vurulub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər