Region Xəbərləri 

Bərdə rayon Qullar kənd məktəbində nümunəvi siniflərə şəhidlərin adlarının verilməsi mərasimi keçirilmişdir

Mərasim ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda öz canından keçən bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Qeyd edək ki, bu kəndin Birinci Qarabağ müharibəsində beş, Vətən müharibəsində isə bir şəhidi olmuşdur. Kəndin orta məktəbi həmin kənddən Birinci Qarabağ müharibəsinin ilk şəhidi olan Qurbanov Heydər Xəlil oğlunun adını daşıyır.
Keçirilən tədbirdə 1a sinfinə – şəhid Quliyev İbrahim İnqilab oğlunun, 4a sinfinə- Rəhimli Baxış İlqar oğlunun, 5a sinfinə – şəhid Hüseynov Qabil Hidayət oğlunun, 6a sinfinə- şəhid Rzayev Məzahir İbrahim oğlunun və 8a sinfinə- şəhid Süleymanov Səyyaf Şahlar oğlunun adı verilmişdir.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış etmişdir. Bildirmişdir ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qazandığı Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Tədbirdə həmçinin rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri ehtiyatda olan Polkovnik-leytenant Samir Səfərov, UGIM-in direktoru Aynurə Əyyubova, QMƏVŞAİB rayon şöbəsinin sədri Etibar Hüseynova, məktəbin direktoru Teymur Mustafayev və şəhid anaları, ailələri çıxış etmiş, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında sarsılmaz xalq Ordu bilriyinin gücü ilə qazanılan böyük Qələbədən danışmış, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və ölkənin birinci Vitse prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Daha sonra məktəblilərin hazırladıqları kompozisiya nümayiş etdirilmişdir.

Daha çox xəbərlər