“Azərbaycanın müstəqilliyi əbədi olsun” – Türkiyə səfirliyi
Türkiyənin Bakıdakı səfirliyi 28 May – Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
ARANTV.AZ xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində paylaşım edilib.
“Can Azərbaycanın Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”, – məlumatda bildirilib.

