Gündəm 

Avropa İttifaqı Ukrayna taxılının ixracı üçün dəniz missiyası təşkil edəcək

Avropa İttifaqı (Aİ) Ukrayna taxılının ixracına kömək üçün dəniz missiyası təşkil etməyi düşünür.

ARANTV.AZ  xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti öz mənbələrin istinadən yazıb. “Avropa İttifaqı Ukrayna ərazisində blokadaya alınmış minlərlə ton qarğıdalı, arpa və ilk növbədə buğdanın mümkün qədər tez çıxarılmasını zəruri hesab edir”, – qəzet yazır.

Məlumata görə, Aİ mayın 30-31-də keçiriləcək sammitdə Ukraynanın kənd təsərrüfatı məhsullarından asılı olan ölkələrdə artan aclıq riskini də müzakirə edəcək. Sammitin yekun bəyanatı layihəsində Rusiya tərəfindən Ukraynanın kənd təsərrüfatı məhsullarının məhv edilməsi və mənimsənilməsi qətiyyətlə pislənilir.

Aİ Moskvadan Ukrayna limanlarının blokadasını qaldırmağı və ərzaq məhsullarının ixracına icazə verməyi tələb edir.

Daha çox xəbərlər