Cəmiyyət 

Bakıda keçirilən klassik avtomobillər sərgisindən maraqlı – Fotolar

Bu gün Bakıda klassik avtomobillərin sərgisi keçirilib.

ARANTV.AZ xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə qonaqlar klassik maşınları nümayiş ediblər. Tədbirə qatılanlar arasında Xalq artistləri Murad Dadaşov, Röya Ayxan, müğənnilər Zamiq Hüseynov, Murad Arif, Səmra Hüseynova, Nigar Camal, Eldar Qasımov, aparıcılar Hacı Nuran Hüseynov, Lalə Azərtaş yer alıblar.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov da sərgini izləyib. Tədbirə eyni zamanda müdafiə sənayesi naziri Mədət Quliyev xanımı Zəhra Quliyeva ilə birlikdə qatılıb.

Qonaqlar sərgidən sonra klassik avtomobillərlə şəhəri gəziblər.

Foto: İlqam Cəbiyev

Daha çox xəbərlər