Gündəm İdman 

Bərdə rayon Gənclər və İdman idarəsini rəisi Avropa Şurasında

May ayının 22-dən 28-ə qədər Fransanın Strasburq şəhərində Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının Gənclər Departamenti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin hüquqlara çıxışı” layihəsində Azərbaycandan olan milli, regional və yerli səviyyədə gənclərlə işləyən dövlət təşkilatlarının mütəxəssisləri və gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün həyata keçirilən “50/50” təlimi baş tutub. Təlimdə Azərbaycan üzrə 30 nəfərlik heyətin daxilində Bərdə gənci , Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli də iştirak edib
Təlimin əsas məqsədi gənclərin iştirakçılığını, qərarlara təsir və hüquqlara çıxış imkanlarını təşviq etmək, Azərbaycanda gənclər siyasətinin və gənclərlə işin gələcək inkişafı üçün milli və yerli səviyyədə müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsidir.
Layihə çərçivəsində iştirakçılar Avropa Şurasının fəaliyyəti ilə yaxından tanış olub. Burada onlara şuranın ümumi fəaliyyəti haqqında geniş məlumatlar verilib.
Daha sonra Avropa Gənclər Mərkəzində
gənclərlə işin qurulmasına praktiki metodlar və təhlil istiqamətləri, Avropa Şurasında “Gənclər Siyasəti”nin təşkili , “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müzakirəsi, yeni “Azərbaycan Gəncliyi” Dövlət Proqramı üçün təkliflərin hazırlanması istiqamətində təlim və diskusiyalar təşkil olunub.
Layihənin məqsədləri istiqamətində baş tutmuş təlimlərə müvəffəqiyyətlə yekun vurulub.

Daha çox xəbərlər