Goranboyda Vətən müharibəsi şəhidi Həsrətov Elməddin Sərdar oğlunun ailəsi ziyarət olundu.
Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva və RİH-nin digər məsul əməkdaşları, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Rauf Yəhyayev və rayon İcra Hakimiyyəti yanında İctimai Nəzarət Şurasının bir qrup üzvləri Qarasuçu kəndindən Vətən müharibəsi şəhidi Həsrətov Elməddin Sərdar oğlunun ailəsini ziyarət etdilər, ailənin sosial qayğıları ilə maraqlandılar. Ziyarət zamanı şəhidimizin anası həkim müayinəsi edildi və ona səhhəti ilə bağlı lazımi tibbi yardım göstərildi.




