Siyasət 

Zəngəzur dəhlizinin yaradılması Azərbaycan üçün yeni tarixin başlanğıcı olmaqla yanaşı, ədalətin də bərpasıdır.

Zəngəzur dəhlizinin açılması milli hədəfdir. İllərdir Ermənistanın yürütdüyü siyasət məlumdur. Təkcə Azərbaycan üçün deyil, bu dövlət türk dünyası üçün təhlükədir. İllər öncə Zəngəzuru alaraq türk dünyasını parçalayan Ermənistan istəklərinə nail ola bilmədi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız zəfər nəticəsində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanımızla quru əlaqələrimiz yaranacaqdır. Bu dəhlizin açılması milli hədəf, eyni zamanda tarixi layihədir.
Taixin müxtəlif dövrlərində Azərbaycan torpaqları olan ərazilər bəzi qəsbkar qonşu dövlətlər tərəfindən ələ keçirilmişdir. Bu ərazilərdən bir hissəsi də Zəngəzur bölgəsidir. Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Mərkəzi Asiyada yerləşən türk dövlətlərini ən qısa yolla əlaqələndirəcəkdir. Bu dəhlizin bərpası nəinki türk dünyası ölkələri üçün, hətta regionda yerləşən digər qonşu ölkələrin mədəni, iqtisadi əlaqələrin qurulmasında və inkişafında mühüm rolu vardır. Cənab Prezidentimiz müsahibələrində dəfələrlə bildirmişdir ki, Zəngəzur həm Türk dünyası, Həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir.Türk birliyi məhz onun təşəbbüsləri ilə maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməni nəzərdə tutur.
Zəngəzur 44 günlük müharibənin məntiqi nöqtəsi oldu. Ermənilər və onların havadarları tarixi nə qədər öz xeyrinə dəyişməyə çalışsalar da Azərbaycan xalqı bu saxtakarlığa yol verməyəcəkdir. Böyük Ermənistan xülyası Zəngəzur dəhlizi ilə puç oldu.
Dövlətimizin başçısı cənab İlham Əliyev Zəngəzur dəhlizinin önəmini belə dəyərləndirib. “Zəngəzur dəhlizinin yaradılması bizim tarixi, gələcək və milli maraqlarımıza cavab verir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Eyni zamanda bu, Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Həmçinin, Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Heç şübhəsiz ki, nəhəng geosiyası və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi prespektivdə region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq. Eləcə də Zəngəzur dəhlizi Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış yeni körpü olacaq. Doğrudan da bu dəhlizin tərrəqiyə gedən yol olması özünü həm iqtisadi-sosial, mədəni-siyasi sahələrdə göstərməklə yanaşı, eyni zamanda, sülhün və təhlükəsizliyin qarantı qismində çıxış etməsinə dəlalət edir.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, N.Nərimanov adına 3N-li tam orta məktəbin direktoru Səfurə Hümbətova

Daha çox xəbərlər