Türkiyə komandası Bakıda qələbə qazandı, ukraynalılar bol medalla çıxdılar – FOTO
Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kubokunda bu gün 10 metr məsafəyə tüfəng atıcılığı üzrə qarışıq komandaların final yarışları başa çatıb. Kişilər arasında yarışda Koreya komandası Serbiya komandasını 16:10 hesabı ilə udaraq, qızıl medal qazanıb. Bürünc medal sahibləri Koreya, Ukrayna, Polşa və Fransa komandaları olub.
Qardaş Türkiyə komandası bu yarışda bürünc medal qazanıb. İtaliya, Serbiya və Ukrayna komandaları da bürünc medala yiyələniblər. Yarışın qızıl medalçısı 14:6 hesabı ilə Ukrayna komandası üzərində qələbə çalan Yunanıstan komandası olub.
Bu gün stend atıcılığının səngər növü üzrə də qadın və kişilər arasında final yarışları keçiriləcək.
Atıcılıq üzrə Dünya Kuboku Bakıda mayın 28-də start götürüb. Yarışlar iyunun 7-dək davam edəcək.

