Pambıq lifi və pambıq ipliyinin ixracı azalıb
Bu ilin dörd ayında 45,3 min ton pambıq lifi, 4341 ton pambıq ipliyi ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 103,5 milyon dollar, pambıq ipliyinin dəyəri isə 18,2 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında dəyəri 96,9 milyon dollar olmaqla 64,6 min ton pambıq lifi, məbləği 15,2 milyon dollar olmaqla 5643 ton pambıq ipliyi ixrac edilib.

