İctimai iaşə dövriyyəsi artıb
Bu ilin dörd ayında ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,7 dəfə artaraq 389,3 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,2 faizi hüquqi şəxslərin, 50,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 1,7 dəfə artaraq 187,8 milyon manat olub.

