Dörd ayda bir istehlakçı orta hesabla 426,8 manat vəsait xərcləyib
Bu ilin yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 17,1 milyard manat olmaqla 2021-ci ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 4,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 16,5 milyard manata bərabər olub, onun 45,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 426,8 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 61,3 manat çox vəsait xərcləyib.

