Cəmiyyət 

Bakıda mediasiya üçün müraciət edənlərin sayı AÇIQLANDI

“Bakı üzrə 15 mediasiya təşkilatına daxil olan ümumi müraciətlərin sayı 10 197 olub”.

ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, mediasiya təşkilatları olmayan regionlar üzrə Şura tərəfindən bölünən işlərin və o cümlədən mediasiya təşkilatı olan regionlarda (Bakı, Gəncə və Lənkəran) mediasiya təşkilatı tərəfindən bölünən ümumi işlərin sayı 15 018 olub:

“Burada ailə mübahisəsi 12 872, kommersiya mübahisəsi 1 550, əmək mübahisəsi 596 olub.

Mediasiya Şurasına regionlardan daxil olan müraciətlərin sayı 4 821 olub. Ailə müraciətlərinin sayı 4 238, kommersiya müraciətlərinin sayı 379, əmək müraciətlərinin sayı isə 104 olub”.

“Bu ilin 5 ayında əldə olunan barışıq sazişlərinin sayı 568 olub. Bunun 478-i ailə münaqişələrində, 124-ü kommersiya, 101-i əmək münasibətlərində əldə olunub”, – deyə N.Adilov qeyd edib.

Daha çox xəbərlər