Cəmiyyət 

Azərbaycanda hər gün bu qədər cütlük boşanır – Ədliyyə Nazirliyi

Bu il aprelin 1-dək 378 cütlük boşanmaq üçün müraciət edib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin sədri Aynur Sabitova Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ötən il boşanmaq üçün 1748 cütlük müraciət edib.

“Mediasiya Təşkilatlarının səyi nəticəsində ötən il 268 cütlük boşanmaqdan imtina edib. 2020-ci ildə boşanmaq üçün müraciət edən 1108 cütlükdən 108-i, 2019-cu ildə isə müraciət edən 1269 cütlükdən 254-ü boşanmaqdan imtina edib”,- A.Sabitova bildirib.

Daha çox xəbərlər