Cəmiyyət 

Komitə: Uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi aşkarlanıb

“Bu ilin ilk beş ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə uşaq tələbi ilə bağlı 110, uşaqla ünsiyyətlə bağlı 54, uşaqların valideynlərinə və ya digər qohumlarına himayəyə verilməsi ilə bağlı 11 müraciət daxil olub”.

ARANTV.AZ xəbər verir ki, bunu Komitə sədrinin müavini Aynur Sofiyeva deyib. O bildirib ki, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi halları aşkarlanıb: “Bəzən isə uşağın zorla qarşı tərəflə görüşdürülməsi, yaxud himayəyə verilməsi halları aşkarlanıb. Müraciətlər zamanı yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə edilə bilər. Buna görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır. Mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır. Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökümət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır”.

Daha çox xəbərlər