Azərbaycan və Bolqarıstan arasında Strateji Dialoq iclası başlayıb – YENİLƏNİB + FOTO
Azərbaycan və Bolqarıstan arasında Strateji Dialoq iclası başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, iclasa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və bolqarıstanlı həmkarı Teodora Gençovska sədrlik edirlər.
12:29
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstana səfəri başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, hazırda paytaxt Sofiyada C.Bayramovla bolqarıstanlı həmkarı Teodora Gençovska arasında görüş keçirilib.

