Region Xəbərləri 

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova GİKM-nin Mingəçevir və Yevlax şəhərləri üzrə nümayəndələri ilə görüş keçirib

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova GİKM-nin Mingəçevir və Yevlax şəhərləri üzrə nümayəndələri ilə görüş keçirib

Görüşdə Vəsilə Möhsümova regional idarənin  fəaliyyət istiqamətlərindən, o cümlədən həyata keçirdiyi işlərdən bəhs edib. Həmçinin ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, müasir dövrdə ölkəmizin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb.

Görüşdə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması, qarşıda duran vəzifələrin layiqincə və yüksək səviyyədə yerinə yetirilməsi üçün gənclərin üzərinə düşən vəzifələr müzakirə edilib.

Görüş qarşılıqlı fikir mübadiləsi  ilə davam edib.

Sonda gənclər tərəfindən regional idarənin rəisinə hədiyə təqdim olunub və xatirə şəkili çəkilib.

Daha çox xəbərlər