Gündəm 

Dörd ayda 7249 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib

Bu ilin yanvar-aprel aylarında 7249 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 39,8 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 27,1 milyon dollar olmaqla 5600 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Daha çox xəbərlər