Riyaziyyat dərsliklərində əxlaqsızlıq TƏBLİĞİ – FOTOLAR
Çinlilərin “çirkin, seksual xarakter daşıyan, amerikapərəst” kimi əks olunduğu kitab ictimai səs-küyə səbəb olub.
Sonxeber.az-ın məlumatına görə, bu illüstrasiya Çində Xalq Təhsili Nəşriyyatı tərəfindən nəşr olunan ibtidai sinif riyaziyyat dərsliklərində dərc olunub.
Xalqın etirazından sonra məktəb dərsliklərinin yenidən nəzərdən keçirilməsi əmr edilib.
Bu şəkillər təxminən on ildir ki, Çin ibtidai məktəbləri tərəfindən istifadə edilən bir sıra riyaziyyat dərsliklərində var. Bəzi çinli internet istifadəçiləri iri gözlü və böyük alınlı uşaqların şəkillərini çirkin, təhqiramiz və irqçi kimi qiymətləndiriblər. Digərləri isə rəsmlərdə cinsiyyət orqanının görsəndiyini bildirərək qəzəbləniblər.
Onlar illüstratorları “Birləşmiş Ştatlar tərəfdarı” olmaqda ittiham ediblər, çünki şəkillərdə ulduz və zolaqları olan, ABŞ bayrağının rənglərində paltarlar geyinmiş bir neçə uşaq çəkilib.
Çin bayrağındakı ulduzların qeyri-dəqiq təsvirini göstərən rəsmlərdən biri “anti-Çin” adlandırılıb.



