Azərbaycan regionda enerji təhlükəsizliyinin təşviqində güclü tərəfdaşdır – Laura Loxman
Azərbaycan regionda enerji təhlükəsizliyinin təşviqində güclü tərəfdaşdır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu ABŞ dövlət katibi müavinin enerji diplomatiyası üzrə müşaviri Laura Loxman Bakı Enerji Həftəsinin açılış mərasimində deyib.
“Bir müddət əvvəl biz ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Ölkələrimiz uzun müddətdir ki, sıx tərəfdaşlıq münasibətləri saxlayır və ABŞ-dan daha çox Cənubi Qafqazda müstəqillik və demokratiyanın tərəfdarı olan ölkə yoxdur. Azərbaycan regionda enerji təhlükəsizliyinin təşviqində güclü tərəfdaşdır”, – deyə o bildirib.
L.Loxman əlavə edib ki, ABŞ etibarlı enerji mənbələri strategiyaları üzərində Azərbaycanla işlərin davamına ümid edir.

