Region Xəbərləri 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar dünyanın sabahıdır” adlı tədbir keçirib+FOTOLAR

Bərdə rayon MKS-nin Səməd Vurğun adına Mərkəzi kitabxanasının uşaq şöbəsi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar dünyanın sabahıdır” adlı tədbir keçirib.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Rasim Mustafayev, Bərdə rayon sakini qazi Rusif İsmayılov, rayon 3 saylı məktəbin şagird və müəlimləri, valideynlər, kitabxananın oxucuları iştirak edirdilər.
Tədbiri uşaq şöbəsinin müdiri Sevda Süleymanova açdı. 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə təbrik etdi, uşaqlara dövlət qayğısından, onarın hüquqlarından və s. haqqında məlumat verdi.
Rasim Mustafayev, qazi Rusif İsmayılov həmçinin uşaqları bayram münasibətilə təbrik edib öz tövsiyyələrini çatdırdılar.

 

Daha çox xəbərlər