Cəmiyyət 

Həkim: Sərt karantin rejimində uşaqlarda piylənmə göstəriciləri artıb

“Sərt karantin rejimində uşaqlarda sosial ünsiyyət qabiliyyəti məhdudlaşıb və piylənmə göstəriciləri artıb”.

ARANTV.AZ  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib. Onun sözlərinə görə, uşaqların kitab oxuma saatları xeyli aşağı düşüb: “İnfeksiya riski ilə bağlı olaraq uşaqlar peyvəndlənmədən uzaq qalıb. Halbuki burada çox ciddi xəstəliklərin peyvəndlərindən söhbət gedir. Valideynlərə tövsiyə edirik ki, gecikmiş peyvəndlərin vurulması üçün mütləq yenidən müraciət etsinlər”.

Daha çox xəbərlər