Qazaxlar kənd tam orta məktəbdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Uşaqları qoruyaq!” adlı tədbir keçirilib+FOTOLAR
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktor əvəzi Zövqiyyə Əsədova uşaqları təbrik edib, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan danışıb.
Həmin gün məktəbdə I sinif şagirdlərinin buraxılış günü də keçirilib. Məktəbin ibtidai sinif müəllimi Şəfaqət Cəbrayılova şagirdlərini təbrik edib, gələcək tədris ilində onlara uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində şagirdlər mahnılar oxuyub, rəqslər ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.






