1 İYUN – UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB+FOTOLAR
1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü ilə bağlı Bərdə İnternat Tipli Gimnaziya tam orta məktəbində Uşaqlıq insanın şeir halıdır, qalanı isə adi yazıdır adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Könül Kazımova uşaqları təbrik edib, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan danışıb.
Tədbirin bədii hissəsində şagirdlər mahnılar oxuyub, rəqslər ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.



