Bəhreyn Kralı Azərbaycan liderinə təbrik məktubu göndərib

Bəhreyn Kralı Azərbaycan liderinə təbrik məktubu göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

ARANTV.AZ  xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza davamlı tərəqqi və firavanlıq diləyirəm”.