Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri şəhid uşaqları ilə birgə bayram konserti FOTO+VİDEO

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri şəhid uşaqları ilə birgə bayram konserti formasında keçirilmişdir.
“İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, şəhər 7 saylı tam orta məktəbin direktoru Mehparə Mustafayevanın təşkilatçılığı ilə keçirilən tədbir həmin məktəbin şagirdlərinin hazırladıqları sərgi və kompozisiyaya baxışla başlamışdır.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Mehparə Mustafayeva 1 İyun -Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə iştirakçıları təbrik edərək çıxışına Ulu Öndər Heydər Əliyevin Ümumbəşəri dəyərlərimizlə bağlı söylədiyi “Öz milli mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini yaratmalıyıq” fikri ilə başlamışdır. Və bu sintezi bizim milli ideologiyanın bu günü və gələcəyidir, deyə, vurğulamışdır.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, ümumbəşəri dəyərlərin əsas tərkib hissəsi olan uşaqlara dövlət səviyyəsində diqqət və qayğının göstərilməsindən ölkə Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən prioritet istiqamətə çevrilməsindən və bununla da dövlətin gələcəyinin etibarlı əllərə əmanət edilməsindən danışmışdır. Bildirmişdir ki, cənab Prezidentin dediyi kimi ümumbəşəri dəyərlərə inteqrasiya etmək olar, ancaq milli mənəvi dəyərləri qorumaqla.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Nərgiz Şərifova, Şəmsiyyə Abbaszadə, Elçin Cəfərli, Tofiqə Məmmədova, Etibar Hüseynova, Aynurə Eyyubova, Səfurə Hümbətova, sonra şəhid ailələri Mətanət Orucova, Səkinə Əliyeva, Aydan Paşayeva, Günay Elzamin çıxış etmişlər. Tədbir boyunca uşaqların rəngarəng musiqi proqramları bir-birini əvəz etmişdir.
Sonda şəhid ailələrindən olan uşaqlara hədiyyələr təqdim edilmişdir.
Tədbirdən sonra YAP Bərdə rayon təşkilatının fəalları Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin Qarayusifli kəndinə atılmış raket bombaları nəticəsində həlak olmuş Aysu İsgəndərovanın ailəsində olmuş, 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə şəhid Aysunun bacılarını hədiyyələrlə sevindirməyə çalışmışlar.

Daha çox xəbərlər