Cəmiyyət 

Şuşada DOST agentliyinin filialı açılacaq

Bu ilin sonuna qədər Şuşada DOST agentliyinin filialını açmağı planlaşdırmışıq.

ARANTV.AZ  xəbər verir ki, bunu DOST Agentliyinin İdarə heyətinin sədri Fərid Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, il sonuna doğru digər filialların da açılması nəzərdə tutulub: “Həmçinin Bərdə şəhərində də regional ofisimiz açılacaq. Bütün bunlar o deməkdir ki, ilin sonuna kimi bir neçə min könüllü iş baxımından təmin olunacaq”.

Daha çox xəbərlər