Cəmiyyət 

Şuşada, Bərdədə və Bakıda…

İndiyədək DOST Agentliyi tərəfindən 900 mindən çox vətəndaşa xidmət göstərilib. Xidmətlər əsasən sosial təminat, sosial müdafiə, məşğulluq və əmək münasibətləri sahəsini əhatə edib.

ARANTV.AZ xəbər verir ki, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bu il gözlənilən yeniliklərlə əlaqədar deyib: “Bu ilin axırına qədər Şuşada yeni DOST mərkəzinin filialının açılması nəzərdə tutulub. İlin axırına qədər Bərdədə regional DOST mərkəzi açılacaq və yaxın aylarda Bakıda 5 saylı DOST mərkəzinin açılışı gözlənilir. Yeni açılan filial və mərkəzlərdə də bir neçə min könüllünün xidmətindən istifadə olunacaq”.

Daha çox xəbərlər