Gündəm 

“TEKNOFEST Azərbaycan” festivalı bir daha dünyaya göstərdi ki…

Mayın 28-də Möhtərəm  Prezidentimiz cənab  İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti  cənab Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirakı onu göstərdi ki, Azərbaycan –Türkiyə qardaşlığı  əbədi və sarsılmazdır.

28 May – Müstəqillik Günün ərəfəsində başlayan “TEXNOFEST Azərbaycan” festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən keçirilən, bu il beşincisi düzənlənən “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalının zamanlamasında, bu anlamlı festivalın “Şuşa Bəyannaməsi”nin imzalanması və qanun qüvvəsinə minməsindən sonraya təvafüq etməsi ilə bağlıdır. 4 gün davam edən  bu festival Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, qonşuluq və strateji müttəfiqliyinin daha bir təntənəsidir. Bu əməkdaşlığın hər zaman gözəl nəticələri olub.Regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Möhtərəm Prezidentimiz İlham Əliyev “Biz əslində öz vətənimizdə,ölkəmizdə,öz qardaşlarımızın arasındayıq.Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri,hamımızın bir millət olamaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir” Əsrlər boyu Azərbaycan və türk xalqları bir-birinə dəstək olmuş,əməkdaşlıq etmiş,ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi “bir millət,iki dövlət” olmuşlar.Təsadüfü deyildir ki,Türkiyə dövlətinin müdrik şəxsiyyəti M.K.Atatürk Azərbaycanın kədərini özlərinin kədəri,sevincini isə öz sevincləri hesab etmişdir.Türkiyə və Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq,qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir.Türkiyə Azərbaycan dostluğu ,qardaşlığı sarsılmazdır,əbədidir və bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz.Bu gün iki ölkə arasındakı əlaqələr ən yüksək formadadır.Bu münasibətlər bundan sonra da yüksək xətt üzrə inkişaf edəcək.
Mahiyyət etibarı ilə “TEKNOFEST”-in əsasında duran əsas ideya özündə müstəqillik, qardaşlıq, elm və müasirlik kimi vacib amilləri ehtiva edir. Bu gün həm Azərbaycanın, həm də Türkiyənin bu qabaqcıl yenilikləri uğurla tətbiq etməkdə qərarlı və bacarıqlı olmaları artıq heç kəsdə şübhə doğura bilməz. Azərbaycanın apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi də müasir texnologiyaların ağıl və cəsarətlə bir araya gəldiyi zaman əldə edilə bilməyəcək heç bir nəticənin olmadığını bütün dünyaya göstərdi.

Əqdəm Əlişzadə, 
Tərtər rayon Suvarma Sistemləri İdarəsi, mühəndis- hidrotexnik, YAP fəalı

Daha çox xəbərlər