“Şuşa ili”nə həsr olunmuş İntellektual yarış.
3 iyun tarixində Bərdə Şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə
“Şuşa ili”nə həsr olunmuş ” Nə? Harada ? Nə zaman ?” tipli intellektual yarış keçirildi.
Yarışda müxtəlif yaş qruplarından olan şagirdlər iştirak edirdilər. Qonağ qismində Gİİ rəis müavini ,”Hərum”İntellektual Oyun klubunun yaradıcısı Qasımov Aydın , Bərdə Kitab evinin qurucusu Rafil Əşrəf, münsif heyəti olaraq məktəb rəhbərliyi və digər müəllimlər iştirak edirdilər.
5 komanda arasında keçirilən yarışda “Bayraktar” komandası qalib oldu və kubokla təltif olundular. Digər 2-ci və 3-cü yerin qalibləri “Fəxri Fərmanla” mükafatlandırıldılar.







