Dünya 

Çində torpaq sürüşməsi nəticəsində sürət qatarı relsdən çıxdı: Ölən və yaralananlar var – FOTO/VİDEO

Çinin cənubunda yüksək sürətli sərnişin qatarı qəfil torpaq sürüşməsi nəticəsində relsdən çıxıb. Çin Mərkəzi Televiziya kanalının məlumatına görə, sürücü ölüb, azı səkkiz nəfər yaralanıb.

İnsident yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30 – red.) baş verib. Juntsyan stansiyasının yaxınlığındakı tunelin girişinin qarşısında torpaq sürüşməsi olub. Həmin vaxt Quyan-Quançjou marşrutu üzrə hərəkət edən D2809 sürət qatarının yeddinci və səkkizinci vaqonları relsdən çıxıb.

Bütün zərərçəkənlər, o cümlədən bir konduktor və yeddi sərnişin xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.

 

Mənbə: TASS

Daha çox xəbərlər