Gündəm 

SADİQ XƏLİLOV AD GÜNÜNÜZ MÜBARƏK OLSUN !

Bu gün Rayonumuzun dəyərli ziyalılaranından biri dövlət,xalq üçün əhəmiyyətli insan Şəhər Bələdiyyəsinin sədri Sadiq Xəlilovun doğum günüdür
Təbriklər! Allahın bəxş etdiyi ömür payını gülərüz, sağlam ,xoşbəxt canla yaşa.
Arzu edirəm kədər sizdən uzaq olsun və gələcək günlər daim sizə yaxşı əhval ruhiyyə bəxş etsin, yeni ömür səhvəniz xoş xatirələrlə dolu olsun, xəyallarınız gerçək , ad gününüz mübarək olsun, əziz insan !
Sadiq müəllim, nəinki Şəhər Bələdiyyəsi ondan da yüksək postlarda çalışmağa layiqdir.Hər birimizin valdeyini olub , çətin günlərimizdə bizi bəlalardan qurtarıb,
amma, Sadiq müəllimin də çətinlikləri olmağına baxmayaraq, dərdini deməyə böyüyü, ATAsı yanında olmayıb. Hələ məktəbli ikən, ən gənc yaşında Atası, Qardaşı , Əmi və Dayısını Birinci Qarabağ müharibəsində şəhid verib. Təsəvvür edirsiniz nə qədər də çətindir ailədən 4 nəfər şəhid olması , ən gənc yaşında! Sadiq müəllimin əzizləri bizlər üçün dövlətimiz, xalqımız üçün canından keçib, ən azından bunu dərk etmək lazımdır ki, biz bu insanlara borcluyuq. Mən Allahdan Sadıq Müəllimə səbr diləyirəm və Anasının əllərindən öpür, şəhidlərimizin ruhu qarşısında baş əyirəm !
Dəyərli Sadiq müəllimə iş fəaliyyətində uğurlar arzu edir, böyük işlərə imza atmağını arzulayıram. Bu il belə başa düşürəm ki,Sadiq müəllimin ad günü əvvəlki illərdən daha da xoş keçəcək. Çünki, bizim torpaqlarımız işğal altından azad olunub və onun Ailə üzvlərinin Qanı yerdə qalmayıb.
Bir daha təbrik edirəm, 100 yaşayın!
Böyük millət Qarabağ bürosu Vaqif Məhəmməd oğlu

Daha çox xəbərlər