Azərbaycanın iqtisadi gücü
Azərbaycan dünyada böyük infrasturuktur layihələr həyata keçirən ölkə kimi tanınır. Bu sahədə ölkəmiz son zamanlar inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Milli inkişafa kompleks məsələ kimi yanaşan Prezidentimiz İlham Əliyevin ölkəmizin inkişafı üçün gördüyü işlər və onların nəticəsi vətəndaşların mənafeyinə tam olaraq cavab verir.
Son 10 ildə dünya ölkələri qlobal böhranın mənfi təsirlərindən qurtula bilmədiyi halda, Azərbaycan dinamik və ardıcıl inkişafını davam etdirərək neft sektoru və qeyri-neft sektoru sahələrində bir sıra artımlara nail olmuşdur. Və ölkənin bu cür sosial-iqtisadi inkişafı, eyni zamanda yeni və iri infrasturuktur layihələrin reallaşdırılmasını da zəruri edir.
Müasir infrasturukturda davamlı əhatəlik, xüsusilə də Kompüter mühəndisliyi və İnformasiya Texnologiyaları Azərbaycanın iqtisadi inkişafında xüsusi yer tutur. Ölkəmiz hazırda çox saylı Avropa təşkilatları və qurumları ilə əməkdaşlıq edərək, həyat dəyişdirəcək və dövlətin təbii ehtiyatlardan aslılığını minumuma endirəcək rəqəmsallaşdırma prosesləri üzrə işləyir.
Bundan əlavə bilirik ki, ölkəmiz 44 günlük vətən müharibəsində də öz maddi və mənəvi gücünü bütün dünyaya göstərdi. Və neçə illər işğal altında olan torpaqlarımız azad edildi. Hal-hazırda Azərbaycanın qarşısında duran əsas məqsəd işğaldan azad olmuş ərazilərdə, Qarabağda yenidənqurma işləri aparmaq yeni, müasir standartlara cavab verən infraksturuktur layihələr hazırlamaq və inkişaf etdirməkdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfəri regionların inkişafı və dövlətin mədəni-iqtisadi inkişafının əsasını təşkil edir. Bu ərazilərimizin yenidən bərpası və orada məskunlaşma işlərinin aparılması Prezident İlham Əliyevin əsas diqqət mərkəzindədir.
Füzuli rayonu ərazisində 2021-ci il sentyabr ayında istifadəyə verilən hava limanı müharibədən cəmi 9 ay sonra inşa edilmişdir. Bəlkə də dünyanın heç bir yerində belə tezliklə hava limanı tikilməmişdir. Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanının inşası, işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Zəngilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına Böyük Qayıdış üçün vacib sayılan cox mühüm strateji layihədir.
Bundan başqa Ağdamda dövlət başçısımızın iştirakı ilə “Azərenerji “ Açıq Səhmdar Cəmiyyətinin “Ağdam -1” və “Ağdam-2” elektrik yarımstasiyalarının, ”Qarabağ” Regionol Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, xalça istehsalı müəssisələrinin və 209 mənzildən ibarət yeni yaşayış komplekslərinin təməlinin qoyulması, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” , Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə işlərin aparılması, Azərbaycanın döyünən ürəyi olan Şuşada Radio-Televiziya Yayım Stansiyasının yenidən bərpası və s. layihələr üzrə aparılan yenidənqurma işləri Azərbaycanın həqiqətən də zəngin infrasturuktura malik olduğunun bir daha sübutudur.
Təbii ki, işğaldan azad olmuş ərazilərdə görülən işlər bununla bitmir. Hal-hazırda bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun bərpası kompleks şəkildə həyata keçirilir.
Ölkəmizdə bu və ya digər sahələrdə, qısa müddətdə reallaşması inanılmaz görünən qlobal və regional layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu gücləndirmişdir. Artıq, Azərbaycan dünyada böyük infrasturuktur layihələr gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə rayon A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin direktoru Əliyeva Gülnarə

