Cəmiyyət 

“Samovar” sözü rus mənşəlidir” – Bakıya gələn aparıcı

Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur tibb verilişlərinin aparıcısı, professor, elmlər doktoru Yelena Malışeva Bakıda olub. 

ARANTV.AZ  xəbər verir ki, aparıcı şəhərdə olduğu müddət ərzində lentə aldığı görüntüləri sosial media hesabında paylaşaraq təəssüratlarını yazıb:

“2,5 gün Bakıda oldum. Bu, mənim Azərbaycana ilk səfərim idi. Gördüyüm əsas şey gözəl xəstəxanalar və həkimlər idi. İki gün həkimlərlə görüşdüm. Yalnız şənbə günü səhər, yola düşməzdən əvvəl köhnə şəhəri gəzdim.

Bu, köhnə Bakı şəhəri haqqında kiçik bir eskizdir. Tur bələdçimiz Elşad müəllimə təşəkkür edirəm. Amma mən əminəm ki, “samovar” sözü rus mənşəlidir. Ancaq bununla bağlı kiçik mübahisəmiz köhnə şəhər turunu gözəlləşdirdi.

Dostlarıma, tanış olduğum bütün bakılılara təşəkkür edirəm. Siz çox mehriban və qonaqpərvər insanlarsınız! Ümid edirəm ki, payızda böyük çəkiliş üçün qrupla birgə buraya gələcəyəm.

Bu arada mənimlə köhnə şəhərin küçələrində qısa səyahətimi izləyin və yayın, çiyələk, albalı, mehribanlıq qoxusunu hiss edin”.

Qeyd edək ki, Yelenanın səfərinin məqsədi “Səhiyyə TV”nin açılışında iştirak etmək olub.

Daha çox xəbərlər