Bərdədə din xadimləri ilə müşavirə keçirilmişdir
07 iyun 2022-ci il tarixdə Bərdə rayonunda Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax Regional Şöbəsinin təşkilatçılığı ilə din xadimləri ilə müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax Regional Şöbəsinin müdiri Natiq Əfəndiyev, aparıcı məsləhətçisi Vüqar Verdiyev, Bərdə “Cümə” məscidinin Axundu Ramazan Hüseynov, Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, rayonun din xadimləri iştirak etmişlər.
Müsahibə formasında aparılan müşavirədə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax Regional Şöbəsinin müdiri Natiq Əfəndiyev, Bərdə “Cümə” məscidinin Axundu Ramazan Hüseynov, Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov çıxış etmişlər, din xadimlərinin sualları cavablandırılmışdır.







