Hadisə 

Tovuzda evdə yıxılan kişi dünyasını dəyişib

Tovuzda yaşlı kişi yıxılaraq ölüb.

Lent.az-ın məlumatına görə, rayonun Sofular kənd sakini 80 yaşlı Əhmədov Ayvaz Hüseyn oğlu iyunun 3-də yaşadığı evdə yıxılıb.

O, müalicə üçün Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra ev şəraitində müalicəyə buraxılıb.

Ancaq o, iyunun 7-də evdə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər