“Qəhrəmanlar unudulmur”
Bərdə rayon Heydər Əliyev Mərkəzinin iş planına əsasən Vətən müharibəsi şəhidlərinin döyüş və ömür yoluna həsr olunmuş “Hər biriniz bir zirvəsiniz” adlı layihə çərçivəsində Mərkəzin baş fond mühafizi Tamam Hüsüzadə bu gün Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə Şəhid Yaqub Yaqubluya həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı məruzə söyləmişdir.Əvvəlcə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bərdə şəhidi Yaqublu Yaqubun həyatı,döyüş yolu haqqında məruzəyə qulaq asdıqdan sonra şagirdlər Bərdə rayon Heydər Əliyev Mərkəzinin təqdim etdiyi videoçarxa baxış keçirtdilər.







