Bərdə şəhərində bələdiyyələr üçün seminar təşkil edilib
İyunun 7-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi Bərdə regional ədliyyə idarəsi ilə birlikdə bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirlməsi məqsədilə Bərdə şəhərində geniştərkibli seminar təşkil edib. Keçirilən seminarda Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Yevlax rayonları , həmçinin Mingəçevir şəhər bələdiyyəsinin üzv və qullquqçuları iştirak ediblər.
Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanov giriş sözü ilə seminarı açaraq bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyinin bütün sahələrində, o cümlədən yerli özünüidarəetmənin həyata keçirilməsində mütərəqqi islahatlar aparılır. Bələdiyyələrin işi davamlı olaraq təkmilləşdirilir.
Sonra məruzə etmək üçün söz Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin əməkdaşlarına verilib.
Bələdiyyələrlə iş mərkəzinin inzibati nəzarət idarəsinin baş məsləhətçisi İsrafil Mustafayev, Bələdiyyələrlə iş mərkəzinin böyük məsləhətçisi Səfa Cəfərov və Bələdiyyələrlə iş mərkəzinin inzibati nəzarət idarəsinin məsləhətçisi (iqtisadçısı) İlyas Kərimov seminar iştirakçılarına “Yerli büdcə gəlirlərinin artırılması üçün həyata keçiriməli tədbirlər və müvafiq qanunvericiliyin tələbləri”, “Korrupsiya risklərinin azaldılması məqsədilə bələdiyyələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə şəffalığın və hesabatlılığın artırılması” və “Bələdiyyə əmlakından və büdcəsindən səmərəli istifadə edilməsi, büdcə prosesinin və yerli büdcənin icrasına dair hesabatların qanunauyğunluğunun təmin edilməsi” mövzuları ilə bağlı seminar iştirakçılarına ətraflı məlumatlandırıblar.
Sonda bələdiyyə üzv və qulluqçularını maraqlandıran suallar Bərdə regional ədliyyə idarəsinin və Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları tərəfindən cavablandırılıb.

