Gündəm 

“Qarabağda mina problemini həll etmək lazımdır”

Qarabağda minaların təmizlənməsi problemini həll etmək lazımdır.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.

“Biz bu prosesə cəlb olunmuşuq. Bu günədək minaların partlaması və itkilərin olması halları baş verir. Minaların təmizlənməsi problemi həll olunmayanadək, fikirləşmirəm ki, insanlar bu torpaqlara qayıda biləcək”, – səfir deyib.

“ABŞ Qarabağda öz şirkətləri üçün imkanların artırılmasında maraqlıdır.

Hazırda Qarabağda bir neçə ABŞ şirkəti işləyir. Biz şirkətlərimiz üçün daha çox imkanlar görmək istərdik. ABŞ şirkətləri xüsusən bərpa olunan enerji mənbələri sahəsində ən yaxşı texnologiyaya malikdir. Onlar ən yaxşı qiymətlərlə mütərəqqi texnologiyalar təklif edə bilər”, – deyə o bildirib.

Daha çox xəbərlər