Bərdə rayonunda “Qadın və Sülh” mövzusunda seminar keçirilmişdir.
08 iyun 2022-ci il tarixdə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Avropa Birliyinin maliyyə dəstəyi ilə Bərdə rayonunda “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” Proqramı çərçivəsində “Qadın və Sülh” mövzusunda seminar keçirilmişdir.
Seminarda “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin layihə rəhbəri “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” Proqramı üzrə layihə rəhbəri Şahin Nərsullayev, təlimçi Ulviyyə Babayeva və RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, 25 nəfər qadın iştirak etmişdir.
Seminarda çıxış edən “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin layihə rəhbəri Şahin Nərsullayev, təlimçi Ulviyyə Babayeva və RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov çıxış edərək “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” Proqramı çərçivəsində Qafqaz Tədqiqat və Resurs Mərkəzi tərəfindən maliyyələşən “Münaqişədən təsirlənən icmalarda qadın inkişafına dəstək verilməsi” təşəbbüsü barədə ətraflı məlumat vermiş, qadınların təşkil edə biləcəyi sülh və barış fəaliyyətləri haqqında söhbət edilmiş, münaqişə və qeyri-sabitlikdə yaşayan qadınlar və gənclərin sülhün bərqərar olmasında ünikal rolu olduğu qeyd olunmuş, seminar iştirakçılarının sualları cavablandlırılmışdır.





