“Hər biriniz bir zirvəsiniz”
Bərdə rayon Heydər Əliyev Mərkəzinin iş planına əsasən Vətən müharibəsi şəhidlərinin döyüş və ömür yoluna həsr olunmuş “Hər biriniz bir zirvəsiniz” adlı layihə çərçivəsində Mərkəzin elmi işçisi Türkan Şadlinskya bu gün Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbdə Şəhid Asif Abışova həsr olunmuş “İgidlik məqamı- Asif Abışov” adlı məruzə söyləmişdir.Əvvəlcə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bərdə şəhidi Asif Abışovun həyatı,döyüş yolu haqqında məruzəyə qulaq asdıqdan sonra şagirdlər Bərdə rayon Heydər Əliyev Mərkəzinin təqdim etdiyi videoçarxa baxış keçirtdilər.






