Ölkəmizdə taxıl biçininə start verilib
Bu il Azərbaycanda 1 019 934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 606 338 hektarını buğda, 413 596 hektarını isə arpa sahələri təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hazırda 38 rayonda arpa biçini aparılır. Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.
İyunun 9-na olan məlumata görə, biçin prosesinə 986 taxılbiçən kombayn cəlb olunub.

