Cəmiyyət 

Cəlal Qurbanovun səhhəti ilə bağlı SON DURUM

Novxanıda at çapan zaman itlərin hücumuna məruz qalaraq Mərkəzi Gömrük Hospitalına yerləşdirilən nəğməkar-şair Cəlal Qurbanovun səhhəti yaxşılaşıb.

Aparıcı Hacı Nuran xəstəxandan çıxan Cəlal Qurbanov ilə görüşüb:

“Doğma Bakımdayam və ilk işim dostuma baş çəkmək oldu. Maşallah, səhhəti yaxşıdır, özünü yaxşı hiss edir. Onu xilas edənsə göydə Allah, yerdə Mərkəzi Gömrük Hospitalının həkimləri, bir də minlərlə şəhid övladının, şəhid anasının, şəhid xanımının duaları oldu. Çox şükür, dostum ayaqdadır. Onun gülümsər gözlərini görəndə sanki mənə dünyaları verdilər. Və o an bir daha əmin oldum ki, hər ağızda doğrudan da bir dua varmış”.

Qeyd edək ki, Cəlal Qurbanov ailə üzvləri ilə at çapan zaman itlərin hücumuna məruz qalıb. Bədənində və üzündə zədə alan şair xəstəxanaya yerləşdirilmişdi.

Daha çox xəbərlər