Cəmiyyət 

Qazilərə əlillik verməyən Agentlik sədri əsgərlikdə olmadığını təsdiqlədi və… – VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Tibbi-Sosial Ekspertiza Agentliyinin sədri Anar Bayramov hərbi xidmətdə olmamasını Baku Tv- yə açıqlamasında qanunla əsaslandırıb.

Cebhe.info xəbər verir ki, Anar Bayramov jurnalistlərin ona ünvanladığı və neçə gündür ki, sosial şəbəkələrdə onun barədə səsləndirilən suala bu cürə aydınlıq gətirib:

“Heç bir problem yoxdur. Bununla bağlı cavabı deyərəm. Mən Tibb Universitetini bitirmişəm. Bildiyiniz kimi, universitetdə hərbi kafedra var. Mən tibb xidməti zabitiyəm, leytenantam. Tibb Universitetini bitirəndən sonra aspiraturaya daxil olub, sonra tibb üzrə fəlsəfə doktoru olmuşam. Qanunvericiliyə əsas olaraq 90-cı ilərdə fəlsəfə doktorlarını əsgərlik xidmətinə cəlb etmirdilər. Bu indi də belədir”.

Əsgərlikdə olmamağının səbəbini elmi dərəcəsi ilə əsaslandıran Anar Bayramovun bu açıqlaması növbəti dəfə sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Tibbi-Sosial Ekspertiza Agentliyinin sədri Anar Bayramov sözlərinə “Nə vaxt lazımdırsa, bacarırıqsa, həmişə Vətənin müdafiəsində dayanmağa hazırıq”, – deyərək davam edib.

Daha çox xəbərlər