Cəmiyyət 

XVII–XVIII əsrlərə aid Atəşgah məbədi – FOTOREPORTAJ

Atəşgah məbədi Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilən alov məbədidir.

XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verir.

Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir.

Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilib.

Komplekin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatıb.

Atəşgah məbədindən “Global Photo Stock”un əməkdaşının fotoreportajını təqdim edirik.

 

Daha çox xəbərlər