Region gəncləri daim diqqət mərkəzində saxlanılır.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə rayon üzrə nümayəndəsi ilə görüş keçirib.
Görüşdə Vəsilə Möhsümova regional idarənin fəaliyyət istiqamətlərindən, o cümlədən həyata keçirdiyi işlərdən danışıb. Həmçinin, ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, müasir dövrdə ölkəmizin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb.
Görüşdə region gəncləri ilə işin aparılması, qarşılıqlı əməkdaşlıq, gənclərin mədəniyyət sahəsində fəallığının artırılması, onlara faydalı ola biləcək layihələr, qarşıda duran vəzifələrin layiqincə və yüksək səviyyədə yerinə yetirilməsi üçün gənclərin üzərinə düşən vəzifələr, gənclərin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması haqqında fikir mübadiləsi aparılıb. Eləcə də resurslardan düzgün istifadə, gələcək fəaliyyətlə bağlı müzakirələr edilib.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.




